Zimer MMC olaraq Zimex və Sədəf brendləri altında avtomobil yuma mərkəzləri və korporativ avtoparklar üçün yüksək effektivliyə malik aktiv köpüklər və təmizlik vasitələri istehsal edirik.
Məhsul Çeşidləri İlə Tanış OlunLabaratoriya analizlərindən keçmiş, avtomobil boyasına zərər verməyən peşəkar formullar
Dozatron avadanlıqları üçün xüsusi kalibrə olunmuş, borularda çöküntü verməyən yüksək konsentratlı aktiv köpük.
Gündəlik intensiv istifadə üçün nəzərdə tutulmuş, qiymət və təmizləmə gücü mükəmməl balanslaşdırılmış xətt.
Böyük avtoparklar və kommersiya nəqliyyatı üçün optimallaşdırılmış, sərfəli və sürətli təmizlik həlli.
Sumqayıt şəhərində yerləşən istehsalat sahəmizdə müasir kimyəvi reaktorlar və laboratoriya nəzarəti altında yüksək keyfiyyətli avtokimya məhsulları hazırlanır.
Məhsullarımız yerli su sərtlikləri və iqlim şəraiti nəzərə alınaraq xüsusi formulasiya edilir. Korporativ tərəfdaşlarımıza çevik çatdırılma və sabit keyfiyyət zəmanəti veririk.